
Gürcü karvansarası (İrəvan)
Dağıdılmış və məhv edilmiş abidələr
XVIII-XIX əsrlər
Mehmanxana
Məhv edilib
İrəvan şəhəri
Tacirlərin dincəlməsi üçün inşa edilmiş mehmanxana tipli bina
✦ XVIII əsrə aid bu karvansara İrəvan şəhərində yerləşirdi. 78 dükandan (24-ü şəxsi) ibarət bu karvansara bişmiş kərpicdən, yonulmuş bozalt və mərmərdən inşa olunmuş və gözəl görünüşə sahib idi. İrəvan şəhərinin ən böyük və ən məşhur karvansarası olub. Karvansara daha çox Rusiya və Gürcüstandan gətirilən malların topdan satıldığı anbar kimi fəaliyyət göstərirdi. Bu səbəbdən Gürcü karvanarası adlandırılıb.